Advanced Mathematical Models & Applications jurnalı riyazi modelləşdirmə, analiz və tətbiqləri sahəsində olan və bu istiqamətlərdə yeni, ciddi nəticələri əks etdirən yüksək keyfiyyətli, rəyləşdirilmiş məqalələri, icmalları və qısa təqdimatları çap edir. Jurnalın məqsədi alimləri və tətbiqi sahədə çalışanları bir araya gətirmək və onların yeni əməkdaşlığına şərait yaratmaqdır. Jurnal aşağıdakı istiqamətləri əhatə edir:
• Riyazi modelləşdirmə
• Ədədi analiz
• Paralel alqoritmlər
• Diferensial tənliklərin analizi
• İqtisadi modelləşdirmə
• Yaxınlaşmalar nəzəriyyəsi
• Optimallaşdırma
• Statistika
• Müxtəlif sahələrə tətbiqlər